Əsas Səhifə > Mənəviyyat > Əməkdar artistin

Əməkdar artistin


24-08-2017, 18:49

"Vicdan haqqı” serialının Vüsalı, Rus dram Teatrının gənc aktyoru İbrahim Çingiz avtomobil qəzası keçirib.

AzerTaym.az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində aktyorun idarə etdiyi "BMW” markalı avtomobilinə ciddi ziyan dəyib. Ç.İbrahim xəbəri təsdiqləyib: "Hadisə iki gün bundan əvvəl baş verib. Avtomobilimi vurdular, qarşı tərəfin günahı idi. Amma hadisə olanda olur. Heç kim bundan sığortalanmayıb. Avtomobilimə ciddi ziyan dəyib. Əsas odur ki, özüm sağ-salamat qurtarmışam. Amma bu xəbərlə özümə reytinq qazanmaq istəmirəm”.
 Qeyd edək ki, İbrahim əməkdar artist Çingiz Əhmədovun oğludur.

Geri qayıt