Əsas Səhifə > Mənəviyyat > “SİRLİ POÇT” qutusunun
“SİRLİ POÇT” qutusunun28-12-2017, 09:16 |
Poçt qutusu ta uşaqlığımızdan həmişə hamımız üçün sirli qab olub. Bu gün də belədir. Nigar da bu cür düşünür və Poçt qutusuna güvənirdi. Bir gün arzularını yazıb atacaqdı o qutuya və hər şey bir göz qırpımında bu su pərisinin istədiyi kimi olacaqdı.
Yeni ilə sayılı günlər qalırdı.Bir çox hallarda böyüklərin də hər şeyin məhz bu ildə reallaşacağını gözlədiyi yeni ildən istəklər, arzular bitməz- tükənməz idi. Nigarsa artıq qərarını verdi və çoxdandır güvəndiyi o sirrli qutunun yanına gəldi. Əli boş deyildi. O balaca əlləri ilə tələsik Şaxta babaya yazdığı məktubu Poçt qutusuna atdı. 10 yaşlı Nigar bu məktubu valideynləri və dostlarından gizlin yazmışdı,ancaq balaca qızın səbri gözləməyə çatmırdı. O sinif yoldaşlarına Poçt qutusunun onun arzularını reallaşdıracağını və Şaxta babaya yazıdığı məktubu Poçt qutusuna atdığını dedi. Ancaq…bu qədər lağ edəcəklərini, güləcəklərını bilmirdi. Körpə ürəyini yaralayan əsas qınaq isə ən yaxın rəfiqəsindən gəldi: ”Sənin məktubunu poçtalyonlar götürəcək, cıracaq və zibil qutusuna atacaqlar”!
Nigarın bütün ümidləri puç olmuşdu. Körpə beynindəki düşüncələri darmadağın. Arzuları isə atrıq əlçatmaz idi. Günel Gözəlova Geri qayıt |