Əsas Səhifə > Mənəviyyat > Əməkdar artist: “Vüsalə MƏNƏ GÖRƏ Səhiyyə Nazirliyindən

Əməkdar artist: “Vüsalə MƏNƏ GÖRƏ Səhiyyə Nazirliyindən


16-02-2018, 17:36

Əməkdar artist: “Vüsalə mənə görə Səhiyyə Nazirliyindən xahiş edib”

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru, əməkdar artist Vaqif Kərimov haqqında yazılanlara münasibət bildirib.
 Qaynarinfo-nun məlumatına görə, əməkdar artist "Ölkə.Az"-a açıqlamasında deyib ki, qızı, aparıcı Vüsalə Kərimova onun müalicəsi üçün Səhiyyə Nazirliyindən xahiş edib.
Aktyorun ikinci nikahından olan qızı Gülnarə Kərimova isə saytımıza açıqlamasında xəstəxanada olan atasına hər gün baş çəkdiyini bildirib:
"Hər gün ona baş çəkirəm. O, mənim atamdır və heç kimə imkan vermərəm ki, onu incitsin. Gərək Vüsalə Kərimova da belə açıqlama verməzdi”.
Qeyd edək ki, Vüsalə Kərimova hazırda xəstəxanada müalicə olunan atasına baş çəkmədiyinə görə onu qınayanlara belə cavab vermişdi:
"Mən ağlayanda, o, "cükküldəşdiyi” aktrisanın uşaqlarına baxırdı”.

Geri qayıt