Əsas Səhifə > Mənəviyyat > ZEYNƏB XANLAROVA ilə bağlı
ZEYNƏB XANLAROVA ilə bağlı5-04-2018, 12:15 |
Əməkdar artist, xanəndə Süleyman Abdullayev tələbə yoldaşı dünyaşöhrətli sənətkar, xalq artisti Zeynəb Xanlarova ilə bağlı maraqlı faktlar açıqlayıb. Yenicag.az-a danışan S.Abdullayev 60 illik sirlərini bölüşüb: S.Abdullayev əməkdar artist fəxri adını almasında tələbə yoldaşının dəstəyini qeyd edib: “Zəng edirəm, amma ona düşmək mümkün deyil. Lakin məni unutmayıb. Bir dəfə efirdə dedi ki, Seyidin çox tələbəsi olub, amma onların arasında iki gözəl səsli tələbəsi vardı; birincisi mən idim, ikincisi Süleyman Abdullayev. O sözdən sonra mənə əməkdar artist adını verdilər. Vallah, heç vaxt “filankəs fəxri ad aldı, mən qaldım” düşüncəsi ilə yaşayan adam olmamışam. Seyidin tələbəsi olmağım elə mənim üçün fəxri addır. Ağa özü də 74 yaşında xalq artisti adını alıb”. Geri qayıt |