Əsas Səhifə > Mənəviyyat, Slayd > Əbülfəs Qarayevin şöbə müdirinə gücü çatmadı!
Əbülfəs Qarayevin şöbə müdirinə gücü çatmadı!11-08-2015, 14:14 |
![]() "AzerTaym.az" bildirir ki,bu barədə “Xeberinfo.com” saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Ağdam rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şahin Qasımov təqaüd yaşına çatsa da, vəzifəsindən ayrılmaq istəmir. Mədəniyyət və tuzrizm naziri Əbülfəs Qarayev və Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov şöbə müdirini qanunauyğun olaraq vəzifəsindən kənarlaşdırmaq istəsələr də alınmayıb. Bu barədə redaksiyamıza verilən məlumatda deyilir ki, ən pis vəziyyətdə qalan isə Ağdam rayon icra hakimiyyətinin başçısı olub. Belə ki, ötən ilin aprelində Ağdam rayon icra hakimiyyətinin başçısı təyin edilən Raqub Məmmədov Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsini bir nəfər yaxın münasibətdə olduğu şəxsə vəd edib. ![]() Nazirlə icra başçısı Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyində kadr dəyişikliyi aparmaq haqqında razılığıa gəldikləri vaxt, şöbə müdiri bu planları pozmaq üçün hərəkətə keçib və uzun illərdir yaxın münasibətlərdə olduğu bir eloğlusuna müraciət edib. Həmən şəxs respublikada nüfuzlu ziyalılardan sayılır və hakim ailəyə yaxın azsaylı şəxslərdən biridir. Həmən şəxsin işə qarışması ilə icra başçısı ilə nazirin planları “daşa dəyib”. ![]() Yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasında Şahin Qasımova töhmət verən nazir onu təqaüdə göndərməkdə qərarlı olduğunu nümayiş etdirib. Məlumata görə, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov da şöbə müdirinə bir sıra sürpirizlər hazırlayıb. Şahin Qasımovun bu həmlələr qarşısında nə edəcəyi maraqla gözlənilir. "AzerTaym.az" Geri qayıt |