Əsas Səhifə > Mənəviyyat > Al QOYNUNA, orman sən ol, QURD da mən...
Al QOYNUNA, orman sən ol, QURD da mən...13-08-2020, 14:33 |
"AzerTaym.az" dominant.az-a istinadən
Mirzə Sakitin "Sənin üçün" şeirini
təqdim edir:
Gəl ömrümü qarışdıraq ömrünə, Bölüşdürək - Böyük sən ol, xırda mən
Saf ömründən calaq vuraq ömrümə,
Məhsul vaxtı peyvənd sən ol, cır da mən.
***
Dərdin varsa dərdlərini ver dərim,
Az ömrümdən çox ömrünə əndərim
Ölüb gedim, ordan soraq göndərim,
Deyim, canım, orda sən ol, burda mən.
***
Daxma tikək, özgə gözlər baxmasın,
İmarət bil Mirzənin də daxmasın
Boz Qurdumuz ormanından çıxmasın,
Al qoynuna, orman sən ol, Qurd da mən...
![]() Geri qayıt |