Əsas Səhifə > Mənəviyyat > AZIX mağarasını kəşf edən ALİM ehtiyac içində yaşayıb - Tələbələri

AZIX mağarasını kəşf edən ALİM ehtiyac içində yaşayıb - Tələbələri


18-03-2021, 12:28

Azıx mağarasını kəşf edən alim ehtiyac içində yaşayıb - Tələbələri pul yığıb qəbrinin üstünü götürdüb

"Jurnalistlərimiz Azıx mağarasından reportajlar verir. Şükür bu günlərə! Bu arada Azıxı da, 350-400 min il yaşı olan ibtidai insanın alt çənə sümüyünü də kəşf edən, dəyərli müəllimimiz Məmmədəli Hüseynovu xatırlamamaq insafdan deyil. Sadə, təmiz, əqidəli insan!".

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi, Əməkdar jurnalist Natiq Məmmədli məlumat verib.

O, azərbaycanlı alim Məmmədəli Hüseynov barədə bəzi faktları xatırladıb:

"İki faktı xatırladacam. Biz universitetə girən ili rəhmətə getmişdi. Dekanımız Yaqub Mahmudovun təşəbbüsü ilə tələbələr pul yığıb qəbrinin üstünü götürdüb. O boyda alim, Azərbaycan tarix elminin ən böyük kəşfini etmiş insan ehtiyac içində yaşayırmış.

İkinci fakt, Məmmədəli müəllimin namizədlik dissertasiyasından nə az, nə çox 25 il sonra doktorluq işini müdafiə edir. Bizə arxeologiyadan dərs deyən Nəsimi müəllim deyirdi ki, kişini o qədər bezdiriblərmiş ki, heç doktorluq yazmaq istəmirmiş, dostlarının təkidi ilə müdafiə edir. İndi baxıram bioqrafiyasına dissertasiyalarının birini Tiflisdə, o birini də Kiyevdə müdafiə edib.

Özü də o Quruçay və Köndələnçay vadisində təkcə Azıxı yox, ondan heç də az əhəmiyyət daşımayan Tağlar düşərgəsini də kəşf edib.

Bu gün Məmmədəli Hüseynovun ruhu şaddır. Onun təmiz adını tək tələbələri yox, hamı xatırlayır".

 

Azıx mağarasını kəşf edən alim ehtiyac içində yaşayıb - Tələbələri pul yığıb qəbrinin üstünü götürdüb

Geri qayıt