Əsas Səhifə > Mənəviyyat > "Mən ona doğma oğlum kimi dua edirəm ki, Allah 60 yaşının üstünə

"Mən ona doğma oğlum kimi dua edirəm ki, Allah 60 yaşının üstünə


19-12-2021, 23:07

Ali Baş Komandan, cənab prezident İlham Əliyevin Azərbaycan xalqı üçün sözün əsl mənasında misilsiz xidmətləri var. Mən ona doğma oğlum kimi, canımdan, qanımdan süzülüb gələn dua edirəm ki, Allahım sən onu qoru! Ona yaxşı dostlar qismət et! Çünki o buna layiqdir. 60 yaşının üstünə, bir 60 yaş da gətirsin Allah”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Lətifə Əliyeva ölkə başçısı, cənab prezident İlham Əliyevin doğum günü ərəfəsində deyib. O daha sonra sənətkarlarımıza dövlət qayğısından danışıb.
“O mənə vaxtında kömək etməsəydi, diqqət göstərməsəydi mən də, yaxınlarım da çox pis hala düşə bilərdik. Cənab prezident mənə ev, fəxri ad və təqaüd verib. Məni ayağa qaldırdı, başımı dik tutmağa səbəb oldu. 1992-ci ildə döyüşüb, xəstə olan, əli çörəyə çatmayan oğlumu əlillik pensiyası ilə təmin etdi. Oğlumu yaşatmağa, yaşamağa mənə kömək etdi. O tək mənə yox, bütün sənət insanlarına diqqət və qayğısını əsirgəməyib” deyə aktrisa bildirib.
 
Xalq artisti daha sonra cənab prezidentin xalqa çatdırdığı xoş xəbərləri xatırlayıb.
 
“Mən 6 ildir ki, namaz qılıram. Müharibə dövründə, 44 gün ərzində hər zaman namaz üstündə deyirdim ki, Allahım ordumuzu, əsgərlərimizi, prezidentimizi qoru. Xəstə idim, halım yox idi ki, burdan-ora gedim, amma o xoş xəbəri xalqa çatdıranda yerimdən elə qalxırdım ki, hamı evdə təəccüblənirdi. Deyirdilər ki, ay ana, bayaqdan xəstə idin, indi nə oldu ki, quş kimi qalxdın ayağa? And olsun əziz Allaha, mən indi də namaz üstündə dua edirəm. Bundan 100 il sonra da bizə yalnız İlham Əliyev prezident ola bilər. Çünki o safdır, o xalqı üçün canını qoyur. Bu balaca iş deyil, çox çətin işdir. Torpaqlarımız illərdir işğal altında idi, onları işğaldan azad edən oğul çıxmalı idi qabağa. Allah İlham Əliyev kimi bir oğul göndərdi bizə. Onlar ümumilikdə müqəddəslər ailəsidir” deyə xalq artisti bildirib.
 

 

 

Geri qayıt