Əsas Səhifə > Mənəviyyat > “Övladıma görə bu günümü qeyd etmirəm, amma təbrikləri

“Övladıma görə bu günümü qeyd etmirəm, amma təbrikləri


23-12-2021, 20:56

“Övladıma görə bu günümü qeyd etmirəm, amma təbrikləri qəbul etmişəm...”

Bu gün Xalq artisti Nazpəri Dostəliyevanın ad günüdür.
 
Moderator.az-ın əməkdaşı bu münasibətlə müğənniylə əlaqə saxlayıb və təbrik edib. N.Dostəliyeva əməkdaşımızla söhbəti zamanı övladını itirdiyinə görə doğum gününü qeyd etmədiyini bildirib:
 
“Təbrikiniz üçün çox sağ olun. Amma doğum günümü keçirmirəm. Əlbəttə ki, təbrikləri böyük məmnuniyyətlə qəbul edirəm. Çox sağ olun, var olun. Əlbəttə, Əliyə görə bu günümü qeyd etmirəm və martın 22-dən indiyə kimi heç evdən bayıra çıxmıram. Heç nəyi qeyd etmirəm. Bu günki gündə artıq Əli, onu yoxluğu haqqında danışmaq istəmirəm. Xahiş edirəm məni düzgün başa düşün”.
 
Qeyd edək ki, Nazpəri Dostəliyeva 1960-cı il dekabrın 23-də Bakıda anadan olub. Müğənninin oğlu Əli Quliyev isə bu il martın 22-də qırx yaşında ürək tutmasından dünyasını dəyişib. 
 

Geri qayıt