Əsas Səhifə > Mənəviyyat > Ailə problemlərinin yeganə çıxış yolu
Ailə problemlərinin yeganə çıxış yolu17-03-2023, 09:52 |
Evlilikdə dolanmaq – yalnız qarşılıqlı fədakarlıq sayəsində mümkündür. Lakin insan təbiətində mövcud olan “mənəm-mənəmlik”, xəsislik və ‘yalnız öz prizmasından baxaraq özünü haqlı çıxarmağa çalışma’ meyli səbəbiylə, hər kəs fədakarlığı qarşı tərəfdən gözləyir. Qeyd olunmuş ayədə isə, bu nəfsi bütlərin qırılmasına və sülhə çağırış vardır. Çünki, sülh və anlaşma – iki tərəfin bəzi istək və haqlarından vaz keçməsi, habelə, fədakarlıq etməsilə gerçəkləşir. Bu isə, dolanışıqsızlığın/söz-söhbətin davam etməsindən və ya ayrılıqdan daha xeyirlidir. Dözümsüzlük göstərərək dərhal ailəni sonlandırmağı düşünən şəxslər, Uca Yaradan qarşısında ağır bir məsuliyyət daşıyırlar. *Ayxan Yaquboğlu (islamevi.az) Geri qayıt |