Əsas Səhifə > Mənəviyyat > Əl-Mutəali – Ucalığı Sonsuz Olan Allah
Əl-Mutəali – Ucalığı Sonsuz Olan Allah31-05-2025, 19:09 |
Allahın gözəl adları Onun sifətlərini tanımağın açarıdır. Onlardan biri də Əl-Mutəali adıdır. Bu ad, Allahın hər bir məxluqun təsəvvür edə biləcəyindən daha uca olduğunu bildirir. O, heç bir məxluqun çatmadığı, heç bir anlayışın qavraya bilmədiyi sonsuz ucalıq sahibidir.Qurani-Kərimdə belə buyurulur:
“Haqq Hökmdar olan Allah Mutəal’dır (ucadır)!..” (Quran, 20/114)
“O, (hər şeydən) böyük (KƏBİR) və ucadır (MUTƏALİ).” (Rad, 9) Bu ayələrdə Allahın ucalığı, hökmranlığı və elmə yiyə çıxmaq üçün Ona möhtaclıq ifadə olunur. “Fə tə’alə” və “əl-Mutəali” ifadələri birbaşa Allahın ucalığını bildirir, bu adın mahiyyətini dərk etməyə kömək edir. Əl-Mutəali adı “Əl-Aliyy” (uca) adı ilə yaxın mənalıdır, lakin daha güclü, daha mübaliğəli bir ucalığı ifadə edir. Əl-Mutəali – hər ucalıqdan üstün, müqayisə olunmaz bir ucalıqdır.
Əl-Mutəali adını tanımaq, insanın Allaha yaxınlaşmasında, öz acizliyini qəbul etməsində və təvazökarlıq göstərməsində böyük rol oynayır. Bu ad bizə öyrədir ki, insan özü nə qədər çalışsa da, əsl ucalıq yalnız Allahdandır. İnsan özünü böyük gördükcə Allah qatında kiçilir, təvazökar olduqca isə Allah onu ucaldar. Əl-Mutəali – ucalıqda bənzəri olmayan, hər şeydən üstün, heç bir məxluqun çatmadığı ucalığın sahibidir. Onu tanımaq, həyatımıza Allaha qarşı sevgi, qorxu və ümid hisslərini daha dərin şəkildə gətirir. “Ey Mutəali” deyə dua edərək Uca Allahın Ucalığına etimad etmək – duaların qəbuluna səbəbdir. islamevi.az
Geri qayıt |