TARİXİ AN: Türkiyədə küçələrə böyük ekranlar quraşdırılır ...
Bu gün PKK lideri Abdulla Öcalanın İmralı həbsxanasından müraciət edəcəyi gözlənilir. Onun Türkiyədə terror təşkilatı kimi tanınan dəstəsinin gələcək fəaliyyətinə son verilməsi və silahların yeri qoyulması ilə bağlı çağırış edəcəyi bildirilir. DEM Partiyasının nümayəndə heyətinin bu gün saat 17:00-da İmralıdan qayıtdıqdan sonra İstanbulda açıqlama verəcəyi bildirilir. Bəyanatda Öcalanın çağırışının da yer alacağı gözlənilir. İmralıya gedəcək heyətin edəcəyi açıqlaması ilə əlaqədar olaraq Diyarbəkir və Vanda nəhəng ekranlar qurulur.
Bu məqsədlə DEM partiyasının heyəti İmralıda liderləri Abdullah Öcalanla üçüncü görüşünü keçirəcək.
DEM Partiyası Diyarbəkir və Van təşkilatları sosial media hesablarından çağırış edərək insanları meydanlara dəvət ediblər. /Ölkə.Az