Əsas Səhifə > Siyasət > Prezident İlham Əliyev Türkiyədədir
Prezident İlham Əliyev Türkiyədədir13-04-2016, 17:14 |
Prezident İlham Əliyev bu gün Türkiyə dövlət başçısı Ərdoğanla görüşəcək. AzerTaym.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin saytında məlumat verilib. Görüş Mabeyn köşkündə Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq. Qeyd edək ki, prezident İlham Əliyev İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında iştirak etmək üçün qonşu ölkəyə səfərə gedib. Toplantıda bir sıra ölkələrin dövlət başçılarının iştirakı da gözlənilir. *** Azərtac xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün artıq Türkiyə Respublikasındadırlar.
Geri qayıt |