Əsas Səhifə > Siyasət > Nazirlərin Qəbələ görüşü başladı
Nazirlərin Qəbələ görüşü başladı15-05-2016, 12:55 |
Xəbər verdiyimiz kimi, bu gün Qəbələ də 3 ölkənin müdafiə nazirinin iştirakı ilə görüş keçirilir. AzerTaym.az xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, xanım Tinatin Xidaşeli və cənab İsmət Yılmaz Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Qəbələ şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edərək önlərinə gül dəstələri qoyublar. Sonra Müdafiə nazirləri danışıqlar aparılması üçün Heydər Əliyev Konqres Mərkəzinə yollanıblar.
Geri qayıt |