Əsas Səhifə > Siyasət > PREZİDENTƏ QARŞI AKADEMİK XƏYANƏT!
PREZİDENTƏ QARŞI AKADEMİK XƏYANƏT!25-05-2016, 09:35 |
Tənqid həmişə işə kömək edir”
(Ümummilli lider Heydər Əliyev) Bu il Azərbaycan Sovet Ensiklopediyasının (ASE) 1-ci cildinin çapının 40 ili tamam olur. İdeologiyanın birbaşa təsiri altında yazılmış bu 10 cildlik ensiklopediya öz aktuallığını indi də itirməyib. Bizim ensiklopediya ilə paralel olaraq Moskvada 30 cildlik “Bolşaya Sovetskaya Ensiklopediya” (BSE) çap olunub. Sovetlərin süqutundan sonra çox adam “sovet” sözünü görüb bu möhtəşəm nəşrdən imtina edirdi. Elə bu səbəbdən də bukinistlərdə bu nəşrin üzünə baxan olmurdu. BSE-nin baş redaktoru, fizika üzrə Nobel mükafatı laureatı Aleksandr Proxorovun (1916-2002) ensiklopediya haqqında müsahibəsini oxuduqdan sonra düşünmədən 30 cildliyi aldım. Proxorov BSE-ni möhtəşəm “Britannica” ilə eyni səviyyədə tuturdu. Azərbaycan Sovet Ensiklopediyası indiki dövr üçün qismən köhnəlib. Bu səbəbdən Azərbaycan Milli Ensiklopediyasının nəşri zəruri idi. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə müxtəlif illərdə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, həmçinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması haqqında” sərəncamlar imzalamışdır. Ölkə başçısının bu addımı təqdirəlayiqdir və ensiklopediya da daxil olmaqla kütləvi ədəbiyyatların nəşri ilə bağlı qəbul etdiyi fundamental qərarlar maarifçilik üçün olduqca önəmlidir. Bütün bunlardan sonra elə bilirdik ki, ölkədə ensiklopediya işini bilən insanların potensialından istifadə ediləcək. Ancaq bunu etmədilər. Sual olunur, cəmiyyətimizin həsrətlə gözlədiyi Milli Ensiklopediyanın hazırlanması işi nə yerdədir? Azərbaycan Milli Ensiklopediyasındakı (AME) plagiatlıq faktlarının çox kiçik bir hissəsini bu yazımla diqqətə çatdırmaq istəyirəm. Plagiatlığın böyük hissəsi 30 cildlik (28 cildi işıq üzü görüb) “Bolşaya Rossiyskaya Ensiklopediya”dandır (BRE). AME-də isə müəllif A. Qurbanov “Ümumi dilçilik” göstərilib. Saxtakarlığa diqqət edək: belə çıxır ki, A. Qurbanov bu dil haqqında məqaləni Uslar və Marr ilə eyni cür yazıbmış? Absorbsiya (BRE 1-ci cild 40, AME 1-ci cild 54). Olduğu kimi köçürülüb. Biabırçılığa diqqət edin: formula olan yerlər ixtisar olunub. Formulasız bu anlayışı başa düşmək mümkün deyil. BRE-də ədəbiyyat kimi 4 xarici müəllifin əsərinin adı çəkilib. AME-də bunlar göstərilməyib. Akademizm anlayışı (BRE 1-ci cild, səh 319, AME 1-ci cild, səh 231). Olduğu kimi köçürülüb. BRE-də məqalənin müəllifi B. Krasovskayadır. AME-də müəllif göstərilməyib. Astrofizika (BRE 3-cild, səh. 424, AME 2-ci cild, səh. 155). Olduğu kimi köçürülüb. BRE-də ədəbiyyat siyahısında 4 rus, 2 ingilis müəllifinin əsərləri göstərilib. AME-də ədəbiyyat siyahısının və müəllifin adının göstərilməməsi bir yana, BRE-də adı çəkilməyən bir müəllifin (D. Y. Martınov) kitabının adı göstərilib. Aytmatov Çingiz (BRE 1-ci cild, səh. 317, AME 2-cild səh. 439). Mətnin böyük hissəsi köçürülüb. Məlumdur ki, mərhum prezident Heydər Əliyevin Aytmatovla səmimi münasibətləri olub. Onların görüşü barədə məlumat və foto ensiklopediyada öz əksini tapmalı idi. Çingiz Aytmatovun Heydər Əliyev haqqında maraqlı fikri var: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, Sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur”. BRE-də Aytmatovun bioqrafiyasının sonunda 5 ədəbiyyat adı göstərilib. Məqalənin müəllifi K. Çekalovdur. AME-də ədəbiyyat kimi N. Cəfərov “Türk xalqları ədəbiyyatı” 4-cü cild göstərilib. Bank məqaləsi: (BRE 2-ci cild, səh. 754, AME 3-cü cild səh. 164). BRE-də dərc olunmuş Dünya Banklarının Reytinq cədvəli də daxil olmaqla məqalə olduğu kimi köçürülüb. Məqalə müəllifi L. Krasavinadır. Bu məqalə BRE-də 2005-ci ildə çap olunub. Məqalə AME-nin 2011-ci ildə çapdan çıxmış 3-cü cildində verilib. Belə çıxır ki, 6 il müddətində bankların reytinqində heç bir dəyişiklik baş verməyib. Balet (BRE 2-ci cild, səh. 699, AME 3-cü cild, səh. 117). Məqalənin “Azərbaycan baleti” hissəsi istisna olmaqla qalan hissələr, xüsusilə Balet haqqında tarixi oçerk, Balet musiqisi hissələri olduğu kimi köçürülüb. BRE-də məqalə müəllifləri E. Surits, O. Qert və B. Kulakovdur. AME-də müəlliflər göstərilməyib. Ballada (BRE 2-cü cild səh. 713, AME-3-cü cild səh. 136). Olduğu kimi köçürülüb. BRE-də müəlliflər M. L. Qasparov və S. H. Lebedev, G. Weissert-dir. AME-də müəlliflər göstərilməyib. Buber Martin haqqında məqalə: (BRE 4-cü cild, səh.282, AME 5-ci cild səh-13). Olduğu kimi köçürülüb, məqalənin müəllifi S. Averinsevdir. AME-də müəllifin adı göstərilməyib. Bioqrafiyalarla bağlı olduqca maraqlı bir faktı da diqqətə çatdırmaq istəyirəm. Ölkələr haqqında dərc olunan məqalələrin demək olar ki, hamısı adını çəkdiyim ensiklopediyadan müəlliflər göstərilmədən köçürülüb. Bu məqaləmdə plagiatlığın çox kiçik bir hissəsini qeyd etdim. Ensiklopediyada əksər bioqrafiyalar köçürülməklə yanaşı, həm də qüsurlu yazılıb. Fikrimcə, belə ciddi nəşrlərə Ağadadaş Ağayev, Faiq Ağayev, Elşad Abdullayev (Beynəlxalq Universitetin keçmiş rektoru) kimi şəxslərin bioqrafiyalarının salınması doğru deyil. Azərbaycan Milli Ensiklopediyasında Çingiz Abdullayevin bioqrafiyasına 10 il Azərbaycanda rəhbər vəzifədə işləmiş Vəli Axundovun bioqrafiyasından çox yer ayrılıb. İşlənməsinə və çapına milyonlarla manat vəsait xərclənən Milli Ensiklopediya belə urvatsız hazırlanmamalı, ölkənin imicinə zərər vurmamalıdır. Fikrimcə, tez bir zamanda yol verilən qüsurlar aradan qaldırılmalıdır. Ensiklopediya işi məsuliyyətli və çətin işdir. Burada işi bilməyənlər yaxalarını kənara çəkməlidirlər. Elm sahələri üzrə məqalələr, elmi cərəyanlar, anlayışlar, bioqrafiyaların böyük əksəriyyəti, ölkələr haqqında məlumatlar köçürülürsə, onda yerdə nə qalır? Ensiklopediya belə tərtib olunmur, əziz həmkarlarım! P.S. Milli Ensiklopediyadakı qüsurlar barədə Ensiklopediyanın Redaksiya Heyəti sədrinin Etibar Əliyev / Təhsil eksperti, fəlsəfə doktoru Geri qayıt |