Əsas Səhifə > Siyasət, Slayd, Kriminal > 18.03.2014. - Şamaxıda torpaq sürüşməsi: ölənlər var
18.03.2014. - Şamaxıda torpaq sürüşməsi: ölənlər var18-03-2014, 14:06 |
![]() ANS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə “Pirdəki” adlandırılan ərazidə “Bakı TTŞ İnşaat” MMC-nin fəhlələri Aydın Şirəliyev və Müslüm Söhbətov su-kanalizasiya sistemini quraşdırarkən baş verib. Nəticədə adıçəkilən fəhlələr torpağın altında qalıblar. Xilasedicilər A.Şirəliyevin və M.Söhbətovun meyitləri torpağın altından çıxarılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |