Əsas Səhifə > Siyasət, Hadisə, Slayd > 02.05.2014. - Zakir Həsənov qırıcıları qaldırdı
02.05.2014. - Zakir Həsənov qırıcıları qaldırdı2-05-2014, 17:55 |
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən mayın 1-də Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb. "AzerTaym.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, döyüş hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə aviasiya poliqonunda SU-25 tipli döyüş təyyarələrinin tətbiqi üzrə çalışmalar yerinə yetirilib. Təlim-məşq uçuşlarında müxtəlif aviasiya silahlarından yerüstü hədəflərə atəş açılıb. Döyüş tətbiqi üzrə qiymətləndirmə metodikasına uyğun olaraq, təlimlərdə iştirak edən uçuş heyətinin hazırlığı, praktiki fəaliyyəti və peşəkarlıq səviyyəsi yüksək qiymətləndirilib. Geri qayıt |