Əsas Səhifə > Siyasət > Prezident icra başçısı ilə
Prezident icra başçısı ilə13-12-2016, 15:15 |
Prezident İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verib. "Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, o, prezidentin 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət başçısının 1995-ci il və 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə "İgidliyə görə" medalı ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir övladı var.
Geri qayıt |