Əsas Səhifə > Siyasət > “Araşdırın görək, bunu kim yazıb?”
“Araşdırın görək, bunu kim yazıb?”30-12-2016, 14:25 |
“Orta məktəblərdə rus dilli bölmələrinin 8-ci sinfində Azərbaycan və Qarabağ tarixi ayrıca kitablarla tədris olunur. Qarabağ Azərbaycan tarixi deyil?” Trend-in məlumatına görə, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bunun təxribat olduğunu bildirib: “Bir tarix var, o da Azərbaycan tarixidir. Buna kəskin etiraz edirik, bu təxribatın qarşısı alınmalıdır”.
Geri qayıt |