Əsas Səhifə > Siyasət > Nursultan Nazarbayev
Nursultan Nazarbayev30-01-2017, 20:29 |
Yaxın vaxtlarda Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edəcək. Bunu virtualaz.org-a ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib. “Hazırda iki ölkənin xarici siyasət idarələri prezident Nursultan Nazarbayevin səfərinin proqramı üzərində işləyirlər”, – səfir deyib. Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan və Ermənistana 2016-cı ilin oktyabr ayının 13-14-ü tarixlərində səfər etməli idi. Lakin dövlət başçısının xəstəliyi üzündən səfər təxirə salınmışdı. Geri qayıt |