Əsas Səhifə > Siyasət > “Dağlıq Qarabağ münaqişəsində xüsusi irəliləyiş görünmür” –
“Dağlıq Qarabağ münaqişəsində xüsusi irəliləyiş görünmür” –1-02-2017, 10:39 |
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xüsusi irəliləyiş görünmür. “Report” Birləşmiş Millətlər Təşkilatının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının sədri Vladimir Yelçenko bildirib. Qeyd edək ki, fevralın 1-dən etibarən Ukrayna bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. V.Yelçenkonun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Şurasında sədrliyi çərçivəsində fevralın 21-də Avropada münaqişələr ilə bağlı nazirlər səviyyəsində görüşün keçirilməsini təşkil etmək niyyətindədir.
Geri qayıt |