Əsas Səhifə > Siyasət > Yeni maliyyə naziri

Yeni maliyyə naziri


14-02-2017, 10:39

ABŞ Senatı ölkənin maliyyə naziri vəzifəsinə Stiven Мnuçini təsdiqləyib.

Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə 47 senator səs verib.

Mnuçin ABŞ Prezidenti Donald Tramp komandasının Senat tərəfindən təsdiq edilən onuncu üzvüdür. S.Mnuçin ABŞ-ın ən iri korporasiyalarından biri olan “Goldman Sachs”da çalışıb. O, “Dune Capital Management”, “OneWest Bank Group”, “RatPac-Dune Entertaiment” şirkətlərinin yaradıcısıdır və bir çox məşhur filmlərə prodüserlik edib.

AzerTaym.az


Geri qayıt