Əsas Səhifə > Siyasət > Binəli Yıldırım Niderlandın bayrağının
Binəli Yıldırım Niderlandın bayrağının13-03-2017, 09:38 |
Türkiyənin baş naziri Binəli Yıldırım Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağının endirilməsinə, onun türk bayrağı ilə əvəzlənməsinə münasibət bildirib. "Report"un məlumatına görə, o, "Habertürk" qəzetinə müsahibəsində baş verənləri pisləyib. Yarım saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb. Binəli Yıldırım Niderlandla münasibətlərin bir müddət sonra yenidən normallaşacağına inamını ifadə edib. Baş nazir bununla yanaşı, qarşı tərəfə xəbərdarlığını da səsləndirib. "Ölkələr arasında daimi dostluq, düşmənçilik olmaz. Münasibətlər zaman-zaman gərilər, düzələr. Sonu nə olursa-olsun, Türkiyəni, milləti təhqir, cəmiyyəti narahat edəcək heç bir hərəkətə boyun əymərik, qarşılığını ən sərt şəkildə verərik" – deyə B.Yıldırım qeyd edib. Geri qayıt |