Əsas Səhifə > Siyasət > Sağ qalan 763 veterana
Sağ qalan 763 veterana9-05-2017, 11:17 |
Bu gün-9 may İkinci Dünya müharibəsinin başa çatdığı-faşizm üzərində qələbə günüdür. Faşizm üzərində qələbənin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən həmin müharibənin iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə hər il sərəncam imzalanır. Onlar üçün nəzərdə tutulan birdəfəlik yardımların məbləği də vaxtaşırı olaraq artırılır. Bu sahədə növbəti tədbir kimi, ötən ildən etibarən bu maddi yardımların məbləği 25 faiz artırılmaqla, müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləği MDB-yə üzv ölkələrdə həmin insanlara ödənilən müvafiq yardım məbləğlərindən ən yüksəyidir. Prezident İlham Əliyevin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 24 aprel 2017-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həmin şəxslərin birdəfəlik maddi yardımlarla təmin olunması üçün maliyyələşdirmə işləri başa çatdırılıb və maddi yardımlar artıq sahiblərinə çatıb. AzerTaym.az
Geri qayıt |