Əsas Səhifə > Siyasət > TRAMP köməkçilərinin birindən ŞÜBHƏLƏNİB
TRAMP köməkçilərinin birindən ŞÜBHƏLƏNİB13-08-2017, 11:15 |
Özəl mənbələrinə istinadla, bu barədə Vaşinqtonun «Aksios» informasiya portalı xəbər verib. Mənbənin sözlərinə görə, Ağ Evin başçısı artıq öz şübhələrini bəzi tərəfdarları ilə bölüşüb. Portalın qiymətləndirməsinə görə, artıq Bennonun administrasiyada baş siyasi strateq statusunu saxlaya biləcəyi şübhə altına düşüb. Con Kellinin Ağ Ev aparatının rəhbəri təyin olunmasından sonra isə artıq onun prezidentlə görüşmək imkanları da xeyli azalıb. ABŞ liderinin bəzi digər «açar» köməkçilərdən fərqli olaraq, Bennon bu ayın əvvəlində prezidentlə birlikdə Nyu-Cersidəki qolf klubuna getməyib. Praktiki olaraq, administrasiyada onun müttəfiqləri yoxdur və artıq neçənci dəfədir ki, prezidentin ciddi narazılığı ilə üzləşib. Bennon özü isə bu məsələ barədə şərh verməkdən imtina edib.
Geri qayıt |