Əsas Səhifə > Siyasət > Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub,
Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub,24-09-2017, 17:05 |
Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub. Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bildirib. M.Quliyev deyib ki, onlardan 85 nəfər hazırda həbsdədir,195 nəfər isə vətəndaşlıqdan çıxarılıb: "Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”. M. Quliyev deyib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: "Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq. Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir”.
Geri qayıt |