Əsas Səhifə > Siyasət > Hakimiyyət Milli Şuranın mitinqinə
Hakimiyyət Milli Şuranın mitinqinə3-10-2017, 11:56 |
İqtidar Milli Şuranın 23 sentyabr mitinqində iştirak edən büdcə çalışanlarına, tələbələrə, tibb personalına və müəllimlərə qarşı cəza tədbirlərinə başlayıb. Bu barədə musavat.com -a son iki gündə ən azı, 10 şikayət daxil olub. Şikayətlər müxtəlif büdcə təşkilatlarında çalışanlar və tələbələrdən gəlib. Onlar saytımızın poçtuna yazırlar ki, rəhbərlk (rektorat) hansısa yolla onların mitinqdə iştitakını təsbit edib; daha doğrusu, rəhbərliyə onların mitinqdə iştirakını təsdiq edən foto və video sübutlar təqdim olunub. Bunun əsasında da Milli Şuranın mitinqinə qatılan vətəndaşlara qarşı iş və təhsil yerlərində təzyiq və cəza tədbirləri başlayıb. Artıq hətta iş yerini itirənlər də var. Xatırladırıq ki, musavat.com 23 senyabr mitinqinə iqtidarın Milli Şuradan daha ciddi hazırlaşdığını yazmışdı. Məlumatda göstərilirdi ki, hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəs bəri başdan siyahılaşdırılır. Bu linklər proses haqda daha aydın təəssürat yarada bilər: Geri qayıt |