Əsas Səhifə > Siyasət > Kadırov deputata sui-qəsdlə

Kadırov deputata sui-qəsdlə


26-10-2017, 19:46

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Kiyevdə Ali Radanın deputatı İqor Mosiyçuka sui-qəsddə onun iştirakı ilə bağlı irəli sürülən ittihamları rədd edib.

Virtualaz.org bildirir ki, xəbəri “İnterfaks” yayıb.

"İndi Ukraynada deyirlər ki, deputat Mosiyçuka qarşı sui-qəsdə Çeçen Respublikası qarışıb, "Kadırov izi" və sair. Onu yüz faiz onlar özləri partladıblar", - deyə Kadırov qeyd edib.

O əlavə edib ki, onun ünvanına ittihamların arxasında Ukrayna məmurlarının Qərb KİV-inin diqqətini cəlb etmək arzusu durur.

Qeyd edək ki, "112 Ukrayna" telekanalının saytında Mosiyçuka qarşı sui-qəsddə guya Ramzan Kadırovun əlinin olduğu barədə Ukrayna məmurlarının bəyanatları yerləşdirilib.


Geri qayıt