Əsas Səhifə > Siyasət > VASİF TALIBOV ÖZ MÜAVİNİNİ
VASİF TALIBOV ÖZ MÜAVİNİNİ15-11-2017, 19:41 |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 14 noyabr tarixli sərəncamı ilə Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilib. “AzPolitika” Naxcivan Televiziyasına istinadla bu barədə xəbər verir. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram: Mirhəşim Əhməd oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilsin”.
O da maraqlıdır ki, Ali Məclis sədrinin müavinləri seçkili vəzifələrdir – Ali Məclis tərəfindən seçilir. M.Seyidov da məhz 17 noyabr 2015-ci ildə V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini vəzifəsinə seçilmişdi. 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Seyidov IV çağırış Ali Məclisdə də Ali Məclis sədrinin müavini olub. M.Seyidovun Naxçıvan hökumətində elə də nüfuzunun və rolunun olmadığı bildirilir. AzPolitika.info Geri qayıt |