Əsas Səhifə > Siyasət > ƏDALƏT PARTİYASI QURULTAY KEÇİRİR
ƏDALƏT PARTİYASI QURULTAY KEÇİRİR27-01-2018, 16:46 |
“AzPolitika”nın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, partiya sədri İlyas İsmayılov özünün geniş məruzəsində hakimiyyətin apardığı siyasəti, xüsusən də Qarabağ siyasətini sərt tənqid edib. O, hakimiyyəti ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə ümid bağlamamağa, problemi xalqın və Azərbaycan Ordusunun gücünə arxalanaraq, həll etməyə çağırıb. İ.İsmayılov hakimiyyətin təhsil və səhiyyə siyasətini də sərt tənqid edib (İ.İsmayılovun məruzəsi daha geniş formada təqdim olunacaq). Tədbirdə qonaq qismində iştirak edən partiya sədrləri – VAMBP sədri, professor Hacıbaba Əzimov, Azadlıq Partiyasının sədri Əhməd Oruc, VİR sədri Əli Əliyev və ADP sədri Sərdar Cəlaloğlu çıxış edərək, mövcud ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bildirib, İlyas İsmayılovun Azərbaycan siyasətindəki rolu və yeri barədə yüksək fikirlər dilə gətirərək qurultay iştirakçılarına uğurlar diləyiblər. Qurultayda İlyas İsmayılovun yenidən Ədalət Partiyasının sədri seçilib, həmçinin digər seçkili orqanlara seçkilər keçirilib. Qurultay öz işini davam etdirir.
Geri qayıt |