Əsas Səhifə > Siyasət > Putin yenə MEYDAN oxudu –
Putin yenə MEYDAN oxudu –11-02-2018, 22:47 |
Elçin Mirzəbəyli: “Proses belə davam edəcəksə...” Əhəd Məmmədli: “Putin üçün ən qorxulusu rus xalqının bezməsidir...”
Göründüyü kimi, burada heç bir siyasi təsir və təzyiq amili, gurultulu və ritorik bəyanatlar, hədələmələr yoxdur. Adamlar məhsul istehsal ediblər, bunu Rusiya şirkətlərinə satıb pul qazanıblar və həm də bu şirkətləri özlərindən asılı vəziyyətə salıblar. Bu proqram təminatları mütəmadi olaraq yenilənməlidir, onlara xidmət lazımdır. Alternativi də yoxdur, yaradılmayıb. Həmin proqramı istehsal edən şirkət və onun arxasında dayanan güc proqram yenilənməsini bir neçə gün gecikdirməklə bir ölkənin 283 şirkətini iflic edə bilir. Nə bəyanat verir, nə hərbi-siyasi təzyiq göstərir, nə də bunun üçün resurs xərcləyir. Əksinə, bu proqramlardan istifadə edən ölkə həm pul xərcləyir, həm də asılı vəziyyətə düşür. İndi geosiyasi maraqlar belə ifadə olunur və belə qorunur. Sanksiyaların əhəmiyyətsiz olduğunu söyləmək üçün heç bir əsas yoxdur. Rusiya baş nazirinin müavini Dmitri Roqozin təkcə hərbi-sənaye kompleksinə yüz milyardlarla dollar ziyan dəydiyini bəyan edib. Hərbi-sənaye kompleksinin gətirdiyi gəlir isə Rusiya ÜDM-nin 4,2 %-ni təşkil edir. İndi təsəvvür edin, ölkənin enerji sektoruna dəyən ziyanın miqyası nə qədərdir?! Məsələn, təkcə 2015-ci ildə Rusiya sanksiyalar səbəbindən yalnız Avropa İttifaqı ilə ticarət əlaqələrindən 70 milyard ziyan görüb. Doğrudur, Aİ-də bu prosesdə 40 milyard ziyan çəkib. Amma Aİ-ni 28 dövlət təşkil edir, Rusiya isə təkdir. Digər tərəfdən Aİ ölkələrinin iqtisadiyyatı ilə Rusiyanın iqtisadiyyatını müqayisə etmək belə mümkün deyil. Rusiyanın dövlət büdcəsi sadəcə Almaniyanın büdcəsindən 7 dəfə azdır. Əhalisi 11 milyon olan Belçikanın, yaxud əhalisinin sayı 8,5 milyon olan İsveçrənin büdcəsi belə Rusiyanın büdcəsindən çoxdur. Bilirsiniz, dünyada artıq heç bir normal düşünməyi bacaran adam sözə önəm vermir. Önəmli olan faktdır. Faktlar da onu deyir ki, sanksiyalar Rusiyaya çox ağır zərbə vurub və əgər proses belə davam edəcəksə, o zaman təbii ki, arzulamadığımız çox acınacaqlı bir mənzərə ortaya çıxa bilər. Hesab edirəm ki, Putinin fikirləri seçki təbliğatının bir elementi kimi qəbul olunmalıdır. Ola bilsin ki, seçkidən sonra sanksiyalara zəmin yaradan bəzi problemlər aradan qaldırılsın, yaxud Rusiya bu istiqamətdə müəyyən addımlar atsın. O zaman ola bilsin ki, münasibətlərin normallaşması üçün şərait yarana, yaxud dialoq pəncərəsi açıla bilər”. Siyasi ekspert Əhəd Məmmədli bildirdi ki, seçkiqabağı Putinin belə çıxışları gözləniləndir: “Putin daxili auditoriyaya güclü Rusiya obrazı göstərməlidir. Bu cür çıxışlar seçki qabağı daxili auditoriyaya hesablanmış çıxışlardır. Putini belə çıxış etməyə ölkənin daxili və xarici avtoritetliyi sövq edir. Üstəlik, nüvə başlıqları da Putini belə inamlı danışdırır. Qərb bezə bilər, amma Pitin üçün əsas rus xalqı sanksiyalardan bezməsin. Əgər rus xalqı sanksiyalardan bezsə, onda Putinə çox çətin olacaq. Düşünmürəm ki, Rusiya sanksiyalar altında inildəyir. Həmçinin hesab etmirəm ki, sanksiyalar əhəmiyyətini itirib. Sadəcə, Rusiya banan ölkəsi deyil ki, sanksiyalar olan kimi yıxılsın. Həm də sanksiyaların özü də tam şiddətli olmadı. Bəlkə bundan sonra sanksiyalar daha kəskin olacaq, amma artıq Rusiya bu 4 ildə kifayət qədər vaxt uddu. Bu illər ərzində qeyri-neft sektorunu ələlxüsus da, kənd təsərrüfatını inkişaf etdirdi. Putin həm də inkişafda olan qeyri-neft sektoruna ümid edir, Çin, Hindistan, Türkiyə ilə iqtisadi, biznes əlaqələrini gücləndirir. Putinin yanında olan 40%-ə yaxın nüvə elektoratını da yaddan çıxartmamalıyıq. Yuxarıda qeyd olunanlara bir-bir nəzər yetirsək görərik ki, Putinin belə inamla danışmağa hələ də çox səbəbləri var”.“Yeni Müsavat” Geri qayıt |