Əsas Səhifə > Siyasət > SAAKAŞVİLİ bu ölkəyə DEPORTASİYA ediləcək

SAAKAŞVİLİ bu ölkəyə DEPORTASİYA ediləcək


12-02-2018, 19:34

Saakaşvili bu ölkəyə deportasiya ediləcək - SON DƏQİQƏ (YENİLƏNDİ)

Saakaşvilinin Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında xüsusi təyinatlı güclər tərəfindən saxlanıldığı bildirilir. Siyasətçiyə yaxın olan blogger Yelizaveta Boqutskaya Tvitterdə yazıb ki, keçmiş prezidenti Borispol aeroportuna aparırlar.

“17.25-də Varşavaya reys var. Görünür, Mişanı bu reyslə Polşaya göndərmək istəyirlər. Eyni zamanda qərb istiqamətinə nəzarət etmək lazımdır. Yolları bloklayacağıq. Ümumi səfərbərlik”, – o yazıb.

***

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə restoranlardan birində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Publika.az “Qordon” nəşrinə istinadən xəbər verir ki, bu haqda onun silahdaşı David Sakvarelidze bildirib.

Saakaşvilinin saxlanılmasının səbəbləri barədə məlumat hələlik yoxdur.

 


Geri qayıt