Əsas Səhifə > Siyasət > PREZİDENT onlara
PREZİDENT onlara26-03-2018, 17:02 |
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. “AzerTaym.az” xəbər verir ki, xidmətin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib: general-mayor ali hərbi rütbəsi polkovnik Rəşad Firidun oğlu Həmzəyevə ədliyyə general-mayoru ali hərbi rütbəsi ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova. Prezidentin digər sərəncamı ilə milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə DTX-nın aşağıdakı hərbi qulluqçuları təltif edilib: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Əliyev Zaur Aydın oğlu – polkovnik “Vətən uğrunda” medalı ilə Ramazanov Rafiq Sultan oğlu – polkovnik “İgidliyə görə” medalı ilə Qasımov Məmməd Fərman oğlu – polkovnik-leytenant “Hərbi xidmətlərə görə” medalı ilə Abdulov İlqar Yaşar oğlu – polkovnik-leytenant Geri qayıt |