Əsas Səhifə > Siyasət > SARKİSYAN HAKİM PARTİYADAN DA GETDİ! –

SARKİSYAN HAKİM PARTİYADAN DA GETDİ! –


26-04-2018, 20:13

Related image

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan hakim Respublika Partiyasının sədrliyindən də istefa verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb.

Məlumata əsasən müzakirələr zamanı Serj Sarkisyan baş nazir postundan getməsinin səbəbini izah edib, ölkədə sülh və stabillik naminə sədr vəzifəsindən də istefa verdiyini açıqlayıb.

Partiyaya hələlik yeni sədr seçilməyib.

***

 


Geri qayıt