Əsas Səhifə > Siyasət > BAŞ NAZİR İCRA HAKİMİYYƏTİ

BAŞ NAZİR İCRA HAKİMİYYƏTİ


4-05-2018, 09:40

“Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Novruz Məmmədov imzalayıb.

Qərara görə, yerli icra hakimiyyəti orqanları bu siyahıdan çıxarılıb.

Bu işlər, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetiriləcək.


Geri qayıt