Əsas Səhifə > Siyasət > Gürcüstan Azərbaycana
Gürcüstan Azərbaycana27-08-2018, 22:42 |
Gürcüstan Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. AzerTaym.az xəbər verir ki, qonşu ölkə prezidenti Giorgi Marqvelaşvilinin imzaladığı fərmana görə, bu vəzifəni Zurab Pataradze icra edəcək. Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub. Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016).
Geri qayıt |