Əsas Səhifə > Siyasət > RƏSMİ BAKIDAN Rusiyaya etiraz: Bako Saakyanın
RƏSMİ BAKIDAN Rusiyaya etiraz: Bako Saakyanın25-11-2018, 06:13 |
Erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Rusiya Federasiyasına səfər edib. Nazirliyin mətbuat xidmətindən AzerTaym.az-a verilən açıqlamada bildirilib ki, qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir. Qanunsuz qurumun “rəhbərinin” ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”,-deyə Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib. Geri qayıt |