Əsas Səhifə > Siyasət > Qulu Məhərrəmli tarixçi akademikə tarix dərs keçdi
Qulu Məhərrəmli tarixçi akademikə tarix dərs keçdi3-02-2019, 00:37 |
“Dünən axşam radiolardan biri Rəsulzadənin 135 illiyi ilə bağlı Tarix İnstitutunun direktoru Yaqub Mahmudovu efirə çağırmışdı. Akademiklə təxminən 10 dəqiqə Cümhuriyyət və Rəsulzadə mövzusunda danışdılar, sonra keçdilər Y.Mahmudovun elmi “şücaətlərinin” vəsfinə. Adam da o ki var özünü öydü… “ “AzPolitika” xəbər verir ki, bu fikirlər Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmlinin öz “facebook” səhifəsindən paylaşdığı yazıda əks olunub. Q.Məhərrəmli daha sonra yazır: “Bununla işim yoxdur. Akademik böyük Rəsulzadə barədə bir az candərdi danışdı, düzdür, dedi ki, o, görkəmli ictimai xadimdir, amma dərhal da əlavə etdi ki, “Cümhuriyyətin banisi təkcə Rəsulzadə deyil, həm də Topçubaşov, Yusifbəyli və Xoyskidir”. Məncə, hörmətli akademik yanılır, ya “bani” sözünün mənasını başa düşmür, ya da bizi dağa-daşa salır.
Düzdür, Rəsulzadə özü də böyüklüklə yazır və deyirdi ki, Cümhuriyyəti bir adamın adına çıxmaq doğru deyil, çünki onu millət yaradıb. Amma Rəsulzadənin bunu təvazökarlıqla deməyi başqadır, onun tarixdəki rolunu danmağa, böyüklüyünü qısqanmağa, adını silməyə girişmiş məmur və akademik xorunun deməyi isə tamam başqadır…”
Geri qayıt |