Əsas Səhifə > Siyasət > YAP-ın rəhbərliyində nə dəyişəcək? – Yaşlılar çoxdur,
YAP-ın rəhbərliyində nə dəyişəcək? – Yaşlılar çoxdur,25-10-2019, 16:42 |
Hakimiyyətdə yaşlı kadrların əvəzlənməsi prosesi hakim Yeni Azərbaycan Partiyasını (YAP) da diqqət mərkəzinə gətirib. Partiyalarla bağlı yaş məhdudiyyəti olmasa da, YAP-ın rəhbər strukturlarında təmsil olunan yaşlı nəslin nümayəndlərinin də istirahətə göndərilməsilə bağlı təkliflər səsləndirilir. “Yeni Sabah” mövzunun aktuallığını nəzərə alaraq hakim partiyada təmsil olunan təqaüd yaşına çatmış və daha çox yaşı olan YAP-çıların siyahısını tərtib edib. Beləliklə, YAP sədrinin dörd müavinindən üçü təqaüd yaşını keçib: Əli Əhmədov - 66 yaş Əli Həsənov - 71 yaş Akif Əlizadə - 85 yaş Hakim Partiyanın İdarə Heyətində də cavan kadrlar çox deyil. Əli Əhmədov, Əli Həsənov və Akif Əlizadənin də təmsil olunduğu 20 nəfərlik İdarə Heyətinin digər yaşlı üzvləri aşağıdakılardır: Hacıbala Abutalıbov -75 yaş Nurlana Əliyeva - 73 yaş Nizami Xudiyev - 70 yaş, Kərim Kərimov - 83 yaş Abel Məhərrəmov - 69 yaş Arif Rəhimzadə - 78 yaş Mixail Zabelin – 73 yaş Yusif Hümbətov – 69 yaş Eldar İbrahimov – 74 yaş YAP-ən Siyasi Şurasında da vəziyyət ürəkaçan deyil: İsmət Abbasov – 65 yaş Fatma Abdullazadə - 71 yaş Yevda Abramov – 71 yaş Yaqub Eyyubov – 74 yaş Dilarə Seyidzadə - 80 yaş Hadı Rəcəbli – 72 yaş Misir Mərdanov – 73 yaş Novruz Məmmədov – 72 yaş Rafiq Məmmədhəsənov – 74 yaş Ramiz Mehdiyev – 81 yaş Yaqub Mahmudov – 80 yaş Xeyrəddin Qoca – 69 yaş Sudeyf İmamverdiyev – 81 yaş İsa Həbibəyli – 70 yaş Əli Abbasov- 66 yaş Vilayət Əliyev – 81 yaş Şahlar Əsgərov- 78 yaş Gülçöhrə Məmmədova – 66 yaş Məlumat üçün deyək ki, İdarə Heyətinin üzvləri də Siyasi Şurada təmsil olunur. Bu arada YAP Siyasi Şurasının üzvü Musa Musayev də hakim partiyada islahatların aparılmasını təklif edib. “Son islahatlardan sonra bu qənaətə gəlmək olar ki, keçmiş Kommunist Partiyasının dövründən qalan kadrlar yavaş-yavaş istirahətə gedirlər. Bu çox gözəl qəbul olunur və hər bir Azərbaycan vətəndaşının ürəyincədir”, - deyən Musa Musayev daha sonra əlavə edib: “Son dövrlər apardığım araşdırmalar və gördüyüm bəzi məsələlər onu deməyə əsas verir ki, vaxtilə hansısa yollarla bizim partiyaya və iqtidara başqa partiyalardan transfer olunmuş bəzi adamlar planlı şəkildə YAP-a, bugünkü iqtidara, ulu öndərə, cənab prezidentimizə sədaqətli və əqidəli kadrları partiyanın rəhbər strukturlarından, dövlətdə tutduqları vəzifələrdən uzaqlaşdırmaq məqsədilə, qısqanclıq edərək, şər-böhtan atırlar. İnanıram ki, cənab prezidentimiz, YAP-ın sədri İlham Əliyev yaxın zamanda partiyada da islahatlar həyata keçirəcək. Bu gün YAP-ın Mərkəzi Aparatında, o cümlədən rayon şöbələrində çalışan əməkdaşların 99 faizi partiyaya son zamanlar gələnlərdir”. Geri qayıt |