Əsas Səhifə > Siyasət > MİLYONÇU İŞ ADAMI YAP-ın DEPUTAT SİYAHISINDA
MİLYONÇU İŞ ADAMI YAP-ın DEPUTAT SİYAHISINDA28-12-2019, 18:47 |
Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında nəzərləri cəlb edən dairələrdən biri də 70 saylı Masallı şəhər seçki dairəsidir. Milli Məclisin YAP-çı deputatı Nəriman Əliyevin əvəzinə sözügedən dairədən Məşhur Şahbaz oğlu Məmmədovun namizədliyini irəli sürüb. Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və adı kimi məşhur “Embavud” şirkətinin rəhbəri olub. 2010-cu ildən şirkət ikinci ev mebeli brendi – “Madeyra”nı bazara çıxarıb və hazırda bu brend altında 70-dən çox mağazası var. “Embavud”un Azərbaycanda və MDB ölkələrində çoxlu sayda fabrik və satış mərkəzləri mövcuddur. Şirkətin Azərbaycan, Gürcüstan və Ukraynada fabrikləri fəaliyyət göstərir. Azərbaycanda 52, Qazaxıstanda 26, Gürcüstanda 21, Ukraynada 20 mağazası var. Hazırda "Embavud" şirkətinə rəhbərliyi Elşad Abbasov həyata keçirir.
![]()
"AzPolitika.info" xatırladır ki, 70 saylı Masallı Seçki Dairəsindən hazırkı deputatı Nəriman Əliyev də böyük biznes şəbəkəsinə malikdir. Mətbuatda yayılan məlumatlara görə, N.Əliyev aşağıdakı biznes obyektlərinə sahib olub. 1. "Ştutqart" mağazalar şəbəkəsi Qeyd edək ki, ötən il N.Əliyevin ürəyində 9 saat davam edən çox ağır əməliyyat keçirilib.
Geri qayıt |