Əsas Səhifə > Siyasət > Zümrüd Yağmurun mülklərinə HƏBS
Zümrüd Yağmurun mülklərinə HƏBS24-04-2020, 23:51 |
AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun mülklərinə həbs qoyulub. "AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Zümrüd Yağmur öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, boşanma prosesi çərçivəsində həyat yoldaşı Fuad Qəhrəmanlının tələbi ilə onun mülklərinə həbs qoyulub: "Yaşadığım ev, adıma olan torpaq sahəsi və idarə etdiyim avtomobilin üzərinə həbs qoyulub, hətta maşının sürülməsi belə qadağan olunub. Hərçənd ki, buna ehtiyac yoxdur, çünki mülkün bölünməsinin vacibliyini bilirəm və qarşı tərəfə təklif etmişdim ki, ya bölgünü rəsmi qaydada edək, ya da öz aramızda razılaşma ilə... Öz aramızda həllin və mülkün satılıb əldə edilən gəlirin bölünməsinin daha məqbul olduğunu dedikdən sonra hər şey satışa çıxarılmışdı. Zümrüd Yağmur bildirib ki, maşının idarə olunmasına qoyulmuş qadağanın götürülməsi üçün məhkəməyə müraciət edib. "Lakin 15 apreldə mənim şikayət ərizəmə baxıb avtomobilin üzərindən həbsin götürülməsi iddiamı təmin etməyiblər", - deyə o qeyd edib. Geri qayıt |