Əsas Səhifə > Siyasət > “Ramil Səfərovun çiyinlərinə mayor rütbəsini mən taxdım
“Ramil Səfərovun çiyinlərinə mayor rütbəsini mən taxdım27-05-2020, 22:19 |
Eldar Sabiroğlu Bəzən özümə söz verirəm ki, qələmə azca istirahət verim. Lakin mümkün olmur. Sanki hər şeydən qurtarmışdıq, qalmışdı Ramil Səfərov məsələsi… İndi də sosial şəbəkələrdə ona qarşı hücumlar ara vermir. Azərbaycan zabiti bayrağımızı təhqir edən ermənini yataqda öldürdüyünə görə cinayətkar kimi qələmə verilir. Başqaları tərəfindən yox, bu dəfə təşəbbüs özümüzünkülərə məxsusdur. Avropa məhkəməsinin qərarı bizim demokratları ermənilərdən daha tez yerindən oynatdı. Sözün bitdiyi yerdir. Nə deyəsən, necə başa salasan ki, ay adamlar, ay xalqımın dil pəhləvanları, Xocalı faciəsini, Şuşa müsibətini, yoxsa yataqdan qaldırıb kütləvi surətdə soydaşlarımızı qətlə yetirən düşmənin cinayəti Ramilin başını əzdiyi erməninin yanında toya getməlidir!? Bəlkə körpə bir qız balamızın dərisini diri-diri soyaraq zövq alan Zori Balayanın cinayətindən Ramilin bayraq təəssübünü çəkərək ermənini cəhənnəmə vasil etməsi daha ağırdır!?
Ramil yəqin ki, dediklərimi unutmayıb. İndi bu məsələnin özümüzünkülər tərəfindən müzakirəyə çıxarılmasının motivləri başa düşülmür. Erməni mətbuatı məhz bizimkilərə istinad edərək xalqımızın simasında vəhşi obraz yaratmaq üçün dəridən – qabıqdan çıxır. Bəlkə bizə elə bu lazımmış? Yazıq millət!!! Yazıq xalq!!!
Geri qayıt |