Əsas Səhifə > Siyasət > Sabiq deputatdan Əli Həsənova SƏRT SÖZLƏR: "Şər-böhtan yazıb
Sabiq deputatdan Əli Həsənova SƏRT SÖZLƏR: "Şər-böhtan yazıb23-06-2020, 15:23 |
Milli Məclisin keçmiş deputatı, telejurnalist Etibar Hüseynov Prezident Administrasiyasının ləğv edilmiş sabiq şöbə müdiri Əli Həsənovu tənqid edən fikirlər səsləndirib. Demokrat.az sabiq deputatın həmin fikirlərini təqdim edir: "Ulu Öndərin hansı arxiv fotosuna baxırsan: yanında Vasiflə, Bəylər müəllimi görürsən. Özünü Heydər və İlham Əliyevin ən sədaqətli əsgəri adlandıran Əli Həsənov! Bəs sən hardasan? O vaxtlar kimin yanındaydın? Kimlərlə foto çəkdirirdin? Heydər Əliyevlə ilk fotonun tarixi nə vaxta təsadüf edir? Bəlkə yayımlayasan, baxaq. Bu gün paylaşdığın statusda qeyd edirsən ki, "bəzi saytlar sənə böhtan atır"; halbuki yazılanlar tam həqiqətdir. Trolların 100 müdafiə etsə də xeyri yoxdur. Özün bu ölkədə haqqında şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb. Odur ki, "qaşığına çıxandan" niyə təəccüblənirsən ki? Sitatın Sonu". Xatırladaq ki, bu yaxınlarda Prezident Administrasiyasının ləğv olunmuş ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Moskvada tələbəlik illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdurəhman Vəzirova dəstək məktubu üzə çıxıb.
Geri qayıt |