Əsas Səhifə > Siyasət > Rauf Arifoğlu: “Ramiz Mehdiyev səlahiyyətlərindən
Rauf Arifoğlu: “Ramiz Mehdiyev səlahiyyətlərindən25-08-2020, 21:18 |
Akademik Ramiz MEHDİYEV bir yazı yazdı, hamını danladı! Müqavimət! Hədə! Təhdid! Akademik Ramiz MEHDİYEV rəhbərlik etdiyi Milli Elmlər Akademiyasının saytında elmə dəxli olmayan, rəhbərlik etdiyi strukturun xarakterinə uyğun gəlməyən açıqlama ilə çıxış edib! Nəvəsinin toyu haqqında! Və deyib ki, pandemiya dövründə bir çox vəzifəli məmurlar toy -düyün ediblər, niyə ancaq mənim üstümə gəlirsiz? Sitat: “…Həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil etmişlər. Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilmişdir… Elmlər Akademiyasının saytını dedi-qodu janrındakı yazı ilə bəzəyən hörmətli akademik daha sonra ona qarşı çıxanları açıq-aydın şəkildə hədələyir: “Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək. Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!” Rauf Arifoğlu “Yeni Müsavat” qəzetinin baş redaktoru Geri qayıt |