Əsas Səhifə > Siyasət > Əli Kərimlinin köməkçisi

Əli Kərimlinin köməkçisi


12-12-2020, 23:55

Əli Kərimlinin köməkçisi saxlanıldı

AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli saxlanılıb.

Yenisabah.az Faiq Əmirlinin yaxınlarına istinadən xəbər verir ki, o, karantin qaydalarını pozmaqda ittiham edilir.

“Faiq karantin rejimi sərtləşdiriləcəyinə görə bərbərə gedib. Tutub aparıblar ki, karantin qaydalarını pozmusan. Artıq ona zəng çatmır”, - deyə Əmirlinin xanımı Lalə Əmirli bildirib.

 

Hələ ki, Faiq Əmirli barəsində hansı tədbir görüldüyü barədə məlumat yoxdur.


Geri qayıt