Əsas Səhifə > Siyasət > Paşinyan Köçəryanın tərəfdarını

Paşinyan Köçəryanın tərəfdarını


17-07-2021, 18:49

Paşinyan Köçəryanın tərəfdarını həbs etdirdi

Lideri Ermənistanın eks-prezidenti Robert Köçəryan olan Ermənistan blokunun bir üzvü həbs edilib.

Yenisabah.az xəbər verir ki, polis müharibə vaxtı ölən Abgar Nazaryanın atası jurnalist Geğam Nazaryanı və Ermənistan blokunun üzvü Narek Mantaşyanı nəzarətə götürdüyünü açıqlayıb. 

Qeyd edək ki, polis sözügedən şəxsləri İrəvanın mərkəzindəki Respublika Meydanında ələ keçirib. 

Xatırladaq ki, Ermənistanda bundan əvvəl seçki zamanı Robert Köçəryanın blokunu dəstəkləyən bir neçə nəfər də  həbs edilib.


Geri qayıt