Əsas Səhifə > Siyasət > Suren Sarksyan: “Rusiya Ermənistanı ağrılı güzəştlərə

Suren Sarksyan: “Rusiya Ermənistanı ağrılı güzəştlərə


18-07-2021, 19:14

Politoloq Suren Sarkisyan öz “Facebook” səhifəsində Zəngəzur dəhlizi ilə bağlı fikirlərini bölüşüb. Ermənistanın “news.am” saytı adıçəkilən politoloqun statusunu təqdim edib.

Statusda deyilir: "Sünik (Azərbaycanda Zəngəzur dəhlizi kimi tanınır) dəhlizi haqqında

Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirməli olan Sünikdən keçən dəhliz (yol) regional təhlükəsizliyə ciddi təsir göstərəcək. Buradakı ən vacib şey bu dəhlizin təhlükəsizliyinə kimin qarant olacağıdır. Çətin ki, biz (ermənilər) olaq. Ya ruslar, ya da türklər olacaqlar. Bu dəhliz hələ mövcud olmadığından, hansı dövlət tərəfindən bu dəhlizə nəzarət ediləcəyi ilə bağlı son razılaşma hələ ki, əldə olunmayıb.

Ermənistan-Azərbaycan müharibəsi ABŞ Konqresində son həddədir” Suren Sarkisyan

Suren Sarkisyan

1. Təbii ki, türklər bu yolu özləri idarə etmək, Ermənistanda nüfuz qazanmaq, şimal-cənub hərəkətınə tamamilə nəzarət etmək və İranı özündən asılı vəziyyətə salmaq istəyirlər.

2. Eyni zamanda Rusiya mövqelərini müəyyən dərəcədə gücləndirmək üçün dəhliz üzərində nəzarəti qorumaq və buna görə də Türkiyə-Azərbaycan əməkdaşlığına nəzarət etmək istəyir.

3. Türkiyə-Azərbaycan tandeminin Ermənistana təzyiqi rəsmi İrəvanı Ermənistan hələ zəif olduğu müddətdə mümkün qədər tez güzəştə getməyə məcbur etməyə hesablanıb.

4. Putin biz erməniləri ağrılı güzəştlərə hazırlayır, yəni bir yol olacaq və bu, demarkasiya işləri ilə paralel baş verəcək. Eyni zamanda, düşünürəm ki, ruslar hələ də öz problemlərini nəzərə alaraq vaxt qazanmağa çalışırlar. Rusiya kimi bir super güc belə Avropada, Ukraynada, Belarusda, Gürcüstanda, Artsaxda (Dağlıq Qarabağ), Yaxın Şərqdə, Orta Asiyada və digər yerlərdə öz maraqlarını qorumaqda çətinlik çəkir. Bəzi yerlərdə gözləmək və ya taktiki geri çəkilməyə getmək lazım gəlir. Bütün bunlar iqtisadi problemlər və daxili siyasi gərginliklər fonunda baş verir.

5. Sonda razılaşma nəticəsində türklərin bununla məşğul olacağını istisna etmirəm, çünki ruslardan fərqli olaraq türklərin müharibədən sonra böyük istəklərinə baxmayaraq bölgədə hərbi varlıqları yox idi . Bəlkə də rusların varlığını tarazlamaq üçün burada (Sünikdə) türklər olacaqlar".

Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək - Veteninfo.Az

Gördüyünüz kimi, Zəngəzur dəhlizinə Türkiyənin nəzarət etməsi məsələsi mümkün görünür. Orası da maraqlıdır ki, erməni politoloq Zəngəzur dəhlizinin açılacağına şübhə etmir. Söhbət daha çox o dəhlizə Rusiya, yoxsa Türkiyənin nəzarət etməsindən gedir. Şübhəsiz ki, biz Azərbaycan olaraq Zəngəzur dəhlizində Türkiyənin söz sahibi olmasına çalışırıq. Heç ermənilər də bu variantı istisna etmirlər.

Elbəyi Həsənli, Sürix

https://news.am/eng/news/654238.html


Geri qayıt