Əsas Səhifə > Siyasət > 53 deputat Eldəniz Səlimova qarşı: Spikerə müraciət

53 deputat Eldəniz Səlimova qarşı: Spikerə müraciət


31-07-2021, 22:25

Milli Məclisin sədri Sahibə Qafarova 53 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə  Milli Məclisdən məlumat verilib.

Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.


Geri qayıt