Əsas Səhifə > Siyasət > Ağayi farsi Qarabağda NƏ GƏZİRSƏN? - İranı masaya otuzdurmağın

Ağayi farsi Qarabağda NƏ GƏZİRSƏN? - İranı masaya otuzdurmağın


12-09-2021, 14:53

Dini radikalizm…

Narkotik tranziti…

Narkotik istehsalı…

Sərhəd pozuculuğu…

Qaçaqmalçılıq…

Cənubluların məhz türk olması üzündən repressiyalara məruz qalması…

Cənubi Azərbaycanda türkdilli məktəblərin açılmasına icazə verilməməsi…

Cənubi Azərbaycanda Qarabağın azad edilnəsindən sonra kürd dövləti qurulacağına dair ismarıc…

Əfqanıstan olaylrından dolayı Azərbaycan və Türkiyənin Talibanla əməkdaşlığını isbatlamaq üçün cənub şivəli videoçarxların dövriyyəyə buraxılması…

Azərbaycanda pis vərdişlərə, əsasən narkotikə aludə olan gənclərin müəmmalı tövbəsi, sonra Məşəd ziyarətinin təşkili, daha sonra Qum ziyarəti…

Azəbaycanda Iran mollaları yetişdirmək cəhdi…

Azərbaycanda təriqət meyillərini gücləndirmək üçün gizli prapaqanda…

Erməni terrorçularla Qarabağda müharibə zamanı da, indi də gizli silah-sursat, ərzaq daşınması…

Zamanında Qarabağa müəmmalı turist səfərləri…

Azad edildikdən sonra Xudafərindəki sərhəd postunun müəmmalı şəkildə Azərbaycan tərəfinə keçirilməsinin aşkara çıxması…

Indi də açıq-aşkar yük maşınları rusiyalı “sülhməramlıların” dəstəyi ilə Qarabağ ərazisinə qanunsuz yük daşıması….

Rüsum yox! Sərhəd krçid məntəqəsində yoxlama yox! Nə daşıdıqları haqda məlumat yox! Azərbaycandan izinsiz Qarabağa TIR sürürlər. Nə cəsarətlə? Hansı ağılla? Kim cəsarət verir? Bəlkə erməni iranlıların şirkətləridir, kim bilir?!.

…Illərdir beləcə Azərbaycanın başına “corab” hörməyə çalışırlar. Hələ ki, alınmır…

…Və indi sualım var. Səfirini müvafiq dövlət qurumuna çağırıb, xəbərdarlıq eləmək kimi humanist addım Iranın eyninədirmi? Inanmaü olmur.

Yeri gəlmişkən, Azərbaycan o dövlətdir ki, hələ Qarabağın azad edilməsindən öncə Qərbin Azərbaycan ərazisindən Iranda əməliyyatlar başlatmaq haüda açıq təklifini rədd elədi. Daha neçə-neçə belə təkliflərə “biz qonşuyuq” ismarıcı verilib. Indi Ermənistandakı səfiri Qarabağa durbinlə baxan Iranın Bakıdakı səfirini inanmıram ki, dövləti vecinə ala. Odur ki, artıq yuxarıda sadalanan məsələləri açıq müzakirə etmək üçün Azərbaycan Iranı masaya otuzdurmağın yollarını tapmalıdır.

 

Jalə Mütəllimova


Geri qayıt