Əsas Səhifə > Siyasət > “Azad olunmuş ərazilərdə İranın və digər ölkələrin dalğaları yayımlanmaqdadır”
“Azad olunmuş ərazilərdə İranın və digər ölkələrin dalğaları yayımlanmaqdadır”20-10-2021, 16:17 |
“Şuşadan sonra Zəngilanda televiziya və radio yayımının təmin olunması müsbət hadisədir. Həmin ərazilərdə yaşayış bərpa olunduqca, infrastruktur formalaşdıqca teleradio yayımı da prosesin bir elementi kimi gündəmə gəlir. İşğaldan azad olunmuş ərazilərdə məlumat alınmasının təmin olunması, ölkədə baş verən hadisələrin insanlara çatdırılması vacibdir”. “Düşünürəm ki, azad olunmuş bütün ərazilərdə televiziya və radio yayımı təmin olunmalıdır. Uzun illər bu ərazilər paytaxtdan yayılan dalğaları qəbul edə bilməyib. İşğaldan azad olunmuş ərazilərdə İranın və digər ölkələrin dalğaları yayımlanıb və bəzi ərazilərdə bu hal davam edir. Bu baxımdan, teleradio verilişlərinin azad olunmuş ərazilərdə yayımlanması vacibdir. Digər tərəfdən, verilişlərin həm kəmiyyətinin, həm də keyfiyyətinin yüksəldilməsi çox önəmlidir. Biz dərk etməliyik ki, yayım arealı genişləndikcə izləyicilərin, dinləyicilərin də sayı artır. Geri qayıt |